ƏLLƏRİM OVUCLARINDA
...ovucların isti oduğundan
əllərim soyuğuydu. ilk baharın sonrası yaz son baharı duyduğu kimi duyurdu əllərin məni. könlünün hərarətini geyinmişdim əllərimə, ayaqlarımsa bumbuz... uzağı onlardan qeyri kim biləbilər ki. günəş son sıcağını yolarına səpirkən onlar bihudə yorulmuşlar, ovuclarının hərarəti yetməziykən. ...bir də saçların vardı, xəzan rəngində, hər dəfəsində dalğalanırkən içimdən bir şey qopardı, axıb gedərdi eynən xəzəl misali duyğularımın selində... həəə,bir də rüzgar vardı, saçlarını pərişan bəsləyən, əsirkən həp kipriklərim qapanardı, əllərim soyuğu ovuclarında isinirkən... |
Güzel bir şiirdi. Beğeniyle okudum. Nice şiirlere diyor, Şairimi KUTLUYORUM...