ÜRƏYİMİ QUCAQLAYIB YATIRAM
***
*** Dam dayanar dirək üstə deyirlər, Dirəyimi qucaqlayıb yatıram. Ölüm-dirim çörək üstə deyirlər, Çörəyimi qucaqlayıb yatıram. * Bəlkə nahaq,bəlkə hədər qorxuram, Qan içimdə qüssə-kədər,qorxuram, Quş kimidir, uçar gedər qorxuram, Ürəyimi qucaqlayıb yatıram. * Gor qazımaq iynəynən- yaşamaq, Ruzi bulub öynəynən yaşamaq, Gərəyimdir eyniynən yaşamaq, Gərəyimi qucaqlayıb yatıram. Ölüm-dirim çörək üstə deyirlər... Çörəyimi qucaqlayıb yatıram. *** |
Qelemin susmasın
____________________________Salam