BİR PAYIZ KÜLƏYİ
***
*** ...yulğunların arasından üfüq saralırdı ... Rəngi çalır qocaya... Bu çöl erkən qocalıb. Bir külək var töyşüyür Burda qamışa dalıb. ... Çil torağaylar kimi Enir,alçaqdan uçur. Yavru sesardı,sanki Qorxur bıçaqdan uçur. ... Kim var ki,utanası, Soyunur çılpaq gəzir. Qoparıb aparmağa Bir sarı yarpaq gəzir. ... Etmə yolumdan məni, Etmə,payız küləyi. Çəkib qolumdan məni Ötmə,payız küləyi! ... Qanadından vurarlar, Onu elə qırarlar Uzaqlar,o uzaqlar... Getmə,payız küləyi! Getmə,payız küləyi! *** payız küləyi - hazan rüzgarı |