XƏZƏLİN MÜBARƏK,A SARI PAYIZ
***
*** Corab mı üşüyən ayaqlarım mı?... Yağışın içində başqa soyuq var. Hələ yumurtada maya donmamış, Hələ soyumamış təzə soyuqlar... Xəzəlin mübarək,a sarı payız! Gözümə çəkilir dağı uzağın, Yaxınlar,yoxunlar ölüb gedirlər. Daralır toprağın şərəf çənbəri, İçində toxumlar ölüb gedirlər. Aynaya baxıram,gülməyim tutur, Baxıram kədərlə özümə onda. Neynirəm əksində bəyaz saçları Bir siyah dəymirsə gözümə onda. Çatlayır qırışlar şüşə yerinə, Bənzəyir səhrası üzümə onda. Köçmüş durnaları mavi göyünün, Qarğa yuvasıdır gözüm içiylə, Yaşıl yaprağını zamana gömdüm, Xəzələ qarışdı sözüm içiylə... Xəzəlin mübarək,a sarı payız! Usandım... Üstündə durduğum yetər, Sırtıma bir yastıq gəzir ayağım. Bir zaman yolları tumarlayardı, İndi o yolları əzir ayağım. Yağışın içində başqa soyuq var- Hələ soyumamış təzə soyuqlar... Xəzəlin mübarək,a sarı payız! *** |