HƏR KƏS MƏNƏ ÖZGƏDİR
***
*** Bıkmışım insanlardan, Hər kəs mənə özgədir. Bu baxışlar yanakı, Bu səs mənə özgədir. * Bu şəhər qaldıqları, Bu dəniz daldıqları, Yalandan aldıqları Nəfəs mənə özgədir. * Qızaran yara yeri, Var mı heç çarə yeri, Könlün biçarə yeri- Həvəs mənə özgədir. * Hər bəla ötən,bura, Hər əli yetən bura, Bu topraq Vətən,bura Qəfəs mənə özgədir. * Bezmişəm insanlardan, Hər kəs mənə özgədir... *** |