BU QURU AĞACIN ALTI BİZİMDİR...
***
Çalı-çanqalında tikək yuvamız- Bu quru ağacın altı bizimdir. Bir adam boyunda çökək yuvamız- Bu quru ağacın altı bizimdir. * Biz adam Tanrının gil qurumuşu, Bir çəngə içində cil qurumuşu, Kəsim mi ağzımdan dil qurumuşu... Bu quru ağacın altı bizimdir. * Orda uzaqlarda bəyaz bənizlər, Bəmbəyaz ağalar,bəyaz kənizlər, Nə altı bizimdi,nə də dənizlər, Bu quru ağacın altı bizimdir. * Dünyadı,bir pətək baldı,sizinsə, Dibində bir barmaq qaldı,sizinsə, "Bu yaşıl ağacın altı" sizinsə, Bu quru ağacın altı bizimdir. * Boşa,bərkə salır quru ağaclar, Bizə kölgə salır quru ağaclar, Təzə ölkə salır quru ağaclar, Bu quru ağacın altı bizimdir. * Qara küçələrin tıxacı bizim, Yalınçaq adamı,Buğacı bizim, Qupquru qurumuş,qaxacı bizim, Bu quru ağacın altı bizimdir. * Ağaclar adamla çörək kəsməyir, Adamlar ağacı gərək kəsməyə. Ağac bir ölkəni dirək kəsməyə, Bu quru ağacın altı bizimdir. *** |
Yüreğine kalemine sağlık
________________________________Selamlar