HƏYAT,SAXTA HƏYAT...
***
Həyat hər üzüylə saxta, hər şeyiylə saxta, adamları və itləriylə... məscidləri və kilsələriylə, salavatları və xaçlarıyla... Gülüşlər hırıltılarla saxtalaşmış, ağlaşmalar hıçqırıqlarla... göz bəbəkləri kimi kipriklər də saxta... ehsanlar və ehsan plovlarının düyüləri də ucuz marketlərdə satılan fransız parfümləri qədər saxta... Toprağı olmayan vətən, və vətən olmayan topraq, sevgi,məhəbbət... və haramı qusmayan burun dəlikləri... infarktlar,apendsitlər, babasillər... ölülər,dirilər... Saxta,saxta,saxta! Saxtaykən belə, səni sevirəm,həyat! Səni sevmək,ancaq... mənim kimi axmaqların işidir... *"""* |
Yüreğine emeğine sağlık
___________________________________Selamlar