BAZAN HAYAT BENİ ÖYLE YORUR Kİ...
***
Bəzən həyat məni elə yorur ki... Qarın üstündə də yata bilirəm. Günəşi aldadıb yağan yağmurun Bir qaşıq suyunda bata bilirəm. * Bəzən həyat məni elə yorur ki... * Turşuyur,acıyır dadı dilimdə, Gözümün içində mənalar itir. Təkcə daşlar qalır şahı mat edən, Taxtanın üstündə xanalar itir. * Bəzən həyat məni elə yorur ki... * Bəzən də insanlar sıxır canımı.... Günüm qara olur kömür gecədən. Neyləsən məcburdur,gəlib keçəcək Örkən doğanaqdan,ömür gecədən. * Bəzən həyat məni elə yorur ki, Daşı daşım üstə qalası uçur. Bülbül öyrədirdim gönlümə desin, Baxdım ki,qarğanın balası uçur. * Bəzən həyat məni elə yorur ki... * Sıxır qəbahəti neçə illərin, Hələ də məktuba Novruz olmağım. Ağlım başımdaykən,sözüm ağzımda Bir ovuc darıya xoruz olmağım. * Bəzən həyat məni elə yorur ki. Yalquzaq adamın ov yorulmağı. Gəlib özü boyda mərcə uduzub Əlləri dəmirdə kov yorulmağı. * Bəzən həyat məni elə yoru ki... * Bəzən yoruluram sazın səsinə, Sarıtel üstündə bayatı yorur. Ruhumu türkülər,nəğmələr mənim, Qarnımı əppəyin boyatı yorur. * Bəzən həyat məni elə yorur ki... * Çəkir dizlərimi səcdə yerinə, Bitmir ibadətim.Qəzası böyük. Atmışam tanrımı siqaret kimi, Bilirəm məhşərdə cəzası böyük. * Bəzən həyat məni elə yorur ki... *** |
Yüreğine emeğine kalemine sağlık usta
_______________________________________________Selamlar