BİR SALAM YERİM DƏ AZALDI BU GÜN
***
Düz obaşdan yağır. Yağır yerinə... Öldü əmim oğlu... Onu da göndərdik axır yerinə. Bir salam yerim də azaldı bu gün. Bir yataq boşaldı,yığdı bacısı, Bir papaq divarda soxaya qaldı. Bu kəndin parası təpəl kattaya, Parası bir kürən koxaya qaldı... Bir salam yerim də azaldı bu gün. Elə yağa yağa Kəsdilər yoldakı çinarı tezdən. Söndü üstündəki fanarı tezdən... Bir salam yerim də azaldı bu gün. Kollu təpəni də daş daşıdılar... Görüm bu yolları xaraba qalsın. Elə sulu sulu,yaş daşıdılar... Bir salam yerim də azaldı bu gün. Nə qədər adamlar ötdü yanımdan. Biri salam verdi,biri vermədi. Yanında körpəcə çocuqlar getdi. Gedənlər nə qədər umud apardı... Lap o başdan yağdı bu gün... yerinə yağdı... Gün də belə getdi, bulud apardı... Bir salam yerim də azaldı bu gün. Yağımura döndü... *** |
başınız sağ olsun...emmi oğlunuzun mekanı cennet olsun.
vefa dolu elim bir şiirdi. tebrikler ve saygılarımla...