0
Yorum
4
Beğeni
5,0
Puan
620
Okunma
Dedim pozaq,başdan yazaq,
Dədəm qoymadı,qoymadı...
Çıxam bu yerlərdən uzaq
Gedəm,qoymadı,qoymadı...
Həyat var,qumar oyunu,
Mənimki bilməz boyunu.
Alam beş-on baş qoyunu
Güdəm,qoymadı,qoymadı...
Mən oldum öküzü ölən,
Adəmdən ekizi ölən.
Haqqına qoymadı böləm,
Xudam qoymadı,qoymadı...
Qoy çatsın sədam yerinə,
Bu yerin qadam yerinə.
Adamı adam yerinə
Adam qoymadı,qoymadı...
*
5.0
100% (2)