ÇOX ŞÜKÜR!
Bu dünyanın heç nəyində gözüm yox,
Ruzi verən Yaradana çox şükür! Qul olmadım nəfs adlı düşmənə, Tabe oldum bircə Ona, çox şükür! Bu həyatda gördüm neçə əyri üz, Fırıldaqçı, kələkbazlıq, yalan söz. Mayam təmiz, özüm doğru, sözüm düz, Halal südlə keçib qana, çox şükür! Mən qaçmışam şeytansifət kəslərdən, Ara qatan, üzdən iraq səslərdən. Uzaq oldum bər-bəzəkdən, süslərdən, Allah eşqi düşüb cana, çox şükür! Əflatunam, söz demərəm nadana, Haq kəlməmi ya gizləyə, ya dana. El içində dolanmışam mərdana, Mərd doğubdur doğan ana, çox şükür! |
Yüreğine emeğine sağlık
_______________________________Selamlar