BİR YAPRAK ÖLECEK GARİP BU AKŞAM
BİR YARPAQ ÖLƏCƏK QƏRİB BU AXŞAM
--- Bir ağac öləcək hüzün əlində, Saçını torpağa sərib bu axşam. Bir yarpaq düşəcək yuat yerinə, Bir yarpaq öləcək qərib bu axşam. -- Bir əl göz qoyacaq barmaqlarına, Bir dodaq qoxusu boya öləcək. Bir oğlan çağının bitəcək vaxtı, Bir qızın üzündə həya öləcək. -- Ağ cəsəd qalacaq o hörüklərdən, Necə can almışdı,o can verəcək. Qu yastıq üstünə pərişan düşüb Bir teli sığala qurban verəcək. -- Sükut soyunacaq işıq donunu, Sükut soyunacaq ehtiraslarıa. Bir yağmur yağacaq yorğan altına, Bir yorğan öləcək üzü divara. -- Təsəlli qoynunda umud öləcək, Ondan son çiçəyi dərib bu axşam. Bir yarpaq düşəcək ayıb yerindən, Bir yarpaq öləcək qərib bu axşam... --- |
Yüreğine kalemine sağlık
________________________________Selamlar