Ay İmamoğlu
AY İMAMOĞLU
Dedin ki, "Hər şey çox gözəl olacaq". Haqqına girdilər, ay İmamoğlu. Nə idi çalınan, bilən olmadı, İnamı qırdılar, ay İmamoğlu. Hər imamdan, İmamoğlu olammaz, Millətin dərdinə çarə bulunmaz, Məqamı gələndə susar, dinəmməz, Günaha vardılar, ay İmamoğlu. Dedilər,sandıqda oylar çalındı, Çocuq da bilir ki, bu ağ yalandı, Yazıqlar olsun ki, qərar alındı, Fətfanı verdilər, ay İmamoğlu. Məsəl var, millətin gözü tərəzi, Hər doğru söhbəti , sözü tərəzi, Kəndinə dönəndə özü tərəzi, Qəsdinə durdular, ay İmamoğlu. Coculu der, Türkün uca başı var, Dədəm Qorqud ulusunda yaşı var. Başımız dəyəsi əhlət daşı var, Qəlb möhür vurdular, ay İmamoğlu. 2-ci seçimden önce |