Dünya
Niyə belə od almısan?
Dərdin -sərin bitməz,dünya! Zaman keçir,qocalmışam, Qan izlərin getməz,dünya! Kişilər qadına bənzər, Qadınlardan ar gen gəzər, Öz-özünə salsan nəzər Abrın-həyan itməz,dünya! Ah-nalə çıxıbdır ərşə, Yuva oldun hər pis işə, Hazır deyilsən görüşə Yaxşıların yetməz,dünya! Birisi kefdən azışar, Bir aclıqdan büzüşər, Allahdan qorxursa bəşər Möhtaca əl tutmaz,dünya? Qətl edilir körpə canlar, Günahsızlar ağlar,inlər, Bəhanə olubdu dinlər Zalımlar rəhm etməz,dünya! Haqq nahaqq ilə döyüşür, Meydan oxuyur bizə şər, Dilarə səndən danışar Dərdini unutmaz,dünya! Dilarə Süleyman |