Nolur çıkma karşıma
Ürəyim dillənsə səni soruşar,
Qəlbim oyun açır başıma belə, Gözlərim doludur,qorxuram daşar, Nolar ,nolar çıxma qarşıma hələ. Gözlərimi yollar ovuda bilmir, Susdura bilmədim oyaq həsrəti, Əllər öz dərdini anlada bilmir, Dodaqda utancaq dodaq həsrəti . İndi çıx başımdan ,Sevda havası, Bircə qırıq ümid yetmir aldanam Ruhum tərk eləmir bu dar qəfəsi, Mən uçuşan sisli xəyallardanam. Könlüm tellərini titrədir külək Nəğməsi duyulmur,nə həzin gəlir, Külək layla çalır duyğularıma, Dəli küləklərlə nəfəsin gəlir Səni unutmağa öyrəşməmişəm Qəlbim oyun açır başıma hələ Mən getdiyin gündən dəyişməmişəm, Nolar,nolar çıxma qarşıma hələ. yuregimde izin hala dururken vuslatimiz yok vedamiz cok erken dusunmedin birakipta giderken nolur nolur cikma karsima benim |
Çok güzel ve duygusal bir şiir okudum, yüreğinize sağlık…
Şiir yeni bir yaşamdır…
...........................................Selam ve saygılarla..