Q. MƏSIMOĞLU İLƏ DEYİŞMƏ
Q. Məsimoğlu :
Zər dayaqlı, ləl arxalı, Oba güclü, el arxalı, Təbi coşğun sel arxalı Əflatuna salam olsun. Əflatun Hüseynoğlu : Salamını əleyk aldım, Keçənləri yada saldım. Üzüm güldü, xoşhal oldum, Dedim, var ol, yaşa səni. Gazanfar Masimoglu : Sipər olub Yırğançaya, Dosta dost tək baxdı qaya. Tacı bulud, taxtı qaya, Əflatuna salam olsun. Əflatun Hüseynoğlu : Bülbül kimi cəh-cəh vuran, Gövhər sözdən qala quran, Meydanda qoç kimi duran Qardaş, çəkdim başa səni. Gazanfar Masimoglu : Qalı Koroğlu qalıdı, Özü Babək timsalıdı. Yurdu qədim Borçalıdı, Əflatuna salam olsun. Əflatun Hüseynoğlu : Bakı səni bizdən alsa, Aramıza körpü salsa, Borçalı bir üzük olsa, Bənzədərəm qaşa səni. |
Elde ne gelir, şiirin iyilklerini yazmaktan başka...
Şiir çok hoş…
............................................... Saygı ve selamlar..