Dərd
Daha küsüb ilhamım
Şeir yazmıram ki mən. Dərd məni dilləndirir Dərdim dilə gələndə, Qəlbim fəqan edəndə, Dərdimi misra-misra Varağa köçürürəm, Hirsimi öldürürəm. Qəm də küsür arabir, Küsür, biganəlikdən. Halım pərişan olur, Qorxur divanəlikdən. İnciyib qələm əldən Əl də küsüb könüldən. Bezib cisimdən daha, Mənim divanə ruhum. İstəyir çıxa candan Bu balaca məkandan. Cisim zəncirə vurub, Mənim azad ruhumu. Axı kimə ərz edim, Bu mücərrəd durumu. Çıxıb gedim deyirəm Mən bu yalan dünyadan. Gedə bilsəm buradan Bəlkə firavan ollam? Heyhat,əfsus təəssüf ! Arzular heçə döndü, Ümidlər boşa çıxdı. Yoxluqdan var istəyim Xəyal dünyamı yıxdı. İndi şeir yazmıram Dərdlərimi yazıram. Dərdin sonu görünmür Yazsam da qalaq-qalaq . Söylə, nolar ilahi Dərd nə zaman bitəcək, Nə zaman qurtaracaq?! Fərid Muradzadə |