Xəyanət
Xəyanət ikiağlzlı xəncər kimidir,
Ağzını göstərər, arxası ilə kəsər. Yarası ağır olar, bir ömürlük sağalmaz, Ürəyində iz qoyar, şırım açar, Ölənədək unudulmaz. Xəyanət bədənini satan fahişə kimidir, Əxlaqı olmaz, ərkanı olmaz. Xəyanət nəşə kimidir, Uydurar, beynini qurudar Səni öz məngənəsində sıxar, sıxar əzablar içində. Sevgini öldürər içində... Dəli olarsan Unuda bilməzsən, unudularsan. Xəyanət şahmar ilandır Qoynunda bəsləyərsən, yemləyərsən, Amma qəfil çalar səni şah damarından! Xəyanət pantomimo aktrisası kimidir Dilsiz,lal sükunət içində Qıvrıla-qıvrıla şəhvətli oynayar alçaq oyunlarını. Səni inandırar, qandırar Dolama yollarda yüz dəfə dolandırar. Sonra da uçurumdan atar aşağı Vicdansızlıq tonqalına Yanarsan diri-diri Qabarlı yaraların görünməz Ürəyinə düşən ləkə Ruhundan da silinməz. Xəyanət belədir Məqamı yetənə qədər Nə görünməz nə bilinməz.... Fərid Muradzadə |