0
Yorum
4
Beğeni
5,0
Puan
Okunma
Əlində çiçək, qəlbində məhəbbət,
Ürəyində arzular,beynində xəyallar,
Dodağında nəğmələr, dilində ən şirin kəlmələr
və daha nələr,nələr!
İllərin astanasında durub
yolunu gözləyən mən idim
Görməzdən gəldin.
Amma incimədim səndən,
Çünki yanında o vardı.
O........
Bir evdə yaşayıb, bir yastığa baş qoyduğun
Övladlarının atası,
Bu 20 ildə sevə bilmədiyin
Ömürlük kölgən olan,
Səni köləsi edən,
Səni sadəcə bir qadın kimi görən,
Səni qəlbinə deyil, amma
evinin divarlarına kərpic kimi hörən
O.....
Və yenə də sən!
Məni görmədən, mənə baxmadan
Ona qoşulub gedən
Azad doğulub köləliyi qəbul edən
Sən!
Fərid Muradzadə.
5.0
100% (3)