BAX, ASANDADI
Şirin qismətini namərd bölməyə,
Hər şeydən doyasan, baxasan dadı. Gənc ikən özünə bir gün ağlasan, Yaşamaq görərsən bax, asandadı. İnsan var, dillərdə oynayar adı, İnsan var, həyatda oyna yaradı. İnsan var, ürəyi oy, nə yaradı, İnsan var, özünə baxa, sandadı. Bəxtin səni o yan, bu yan çəksə nə? Olma naşı, sən özünü çək sənə. Ay Əflatun, bircə diqqət çəksənə, Ömrün son günləri bax a, sandadı. |
Şiirin anlamı, anlatımı ve düzenlemesi güzel sonlandırılmış…
Şiir iyiliğin anasıdır…
............................................... Saygı ve selamlar..