BİR ÖZGƏSİNƏ (təcnis )
Sənsən mənim ayım, günüm dünyada,
Könlüm meyl eyləməz bir özgəsinə. Görəndə dağların qarı utanar, Sinənə tay olmaz bir özgə sinə. Şəfqətlisən, gəl yaramı gözələ, Qoyma həsrət baxa nəmli göz ələ. Mən ki məftun oldum sən tək gözələ, Heç vədə düşünməm, bir özgəsi nə? Haqqdan gələ halal, təknən dola nan, Ay Əflatun, sən də belə dolan, an. Mənəm ətrafında dönüb-dolanan, Qoyma o kölgənə bir özgə sinə. |