SÖZÜMÜ HÖRMƏTDƏN SALDIM
***
Bilmədim,bildim danışdım, Sözümü hörmətdən saldım. O qədər güldüm danışdım, Özümü hörmətdən saldım. * Tuşmuş xətam xətərinə, Olsun hərçi betərinə, Baxdım qızın Yetərinə, Gözümü hörmətdən saldım. * Andım çinar,andım söyüd, Xandım çinar,sandım söyüd, Dondum çinar,yandım söyüd, Közümü hörmətdən saldım. * Haqdan pozdum pərəyimi, Ucuz satıb gərəyimi, Kimnən kəsdim,çörəyimi- duzumu hörmətdən saldım. * Dombalan köpəklər gəldi, Yalançı ipəklər gəldi, Qapandı kəpəklər,gəldi... Bezimi hörmətdən saldım. *** |
Yüreğine kalemine sağlık
______________________________Selamlar