BAŞIMI ÖZÜM ÇƏKİRƏM
***
*** Öz sürümün öz keçisi, Başımı özüm çəkirəm. Nə arvadım,nə uşağım, Aşımı özüm çəkirəm. * Özüm-özümə qalıram, Özümü yola salıraram, Üzümü özüm alıram, Qaşımı özüm çəkirəm. * Üzüb üzümü qurudub, Düzüb düzümü qurudub, Yağıb özümü qurudub, Yaşımı özüm çəkirəm. * Kim gətirər duruş kənddə, Yolu buruş-buruş kəndə, Bacaranım uruskənddə, Naşımı özüm çəkirəm. * Sağ əlim filan başıma, Filandan qalan başıma, Allahdı salan başıma, Daşımı özüm çəkirəm. *** |