BƏNZƏRLİK-3
***
Bir topa dumanın yeri əskik bizim dağlarda. Olsaydım buluda yer qalmazdı. Amma öylə qəlbi ki, həp qarışdırıram, duman mı,bulud mu? Bəlkə,bulud olsaydım... Dumana görə. Sonunda bizə də qar gəldi, qarış-qarış, qarışqa-qarışqa, eynən qarışqalar kimi, evimizin sırtıq misafirləri demişdim. Ürəyim çəkilir qarı görüncə, bəyaz pambığa bənzərlər, bir qoxusu quzeyin qorxusu, əsdikcə yellərində bir xatirə oyanır... Nənəmin çit tumanı vardı ya, çocuqkən altında gizlədərdi... Uçan dəmir quşlardan qoruyardı... bir yurdun qarınağrısıydı kəsif qoxulu bəyazlar, arxası quzeyə... Həəə, qarımız da yağdı, həllə azacıq uzaqlardaykən acılarımda duydum... Mən duman,mən bulud olurkən o yağdı... Hər kəsin inadına... *** |