BAŞINA DÖNÜM
***
""" Gəlsənə,il dolanır, ötür,başına dönüm. Bari eylə bir hörmət, xətir, başına dönüm. " Yazım,sətir-sətir gəl, içində gül,ətir gəl, al yazmanı gətir gəl, gətir,başına dönüm. " Gətir gəl dəni yerdən, çıxar səməni yerdən, ölmüşəm,məni yerdən götür başına dönüm. " Mən adam kül başına, iş açan dil başına, ay sənin gül başına, çətir başına dönüm. " Taleyim,baxtım mı,bu, yıxılır,taxtım mı,bu, bu mənim vaxtım mı bu, bitir,başına dönüm. """ |