A ĞÖK,KİM SENİ KARALTDI
***
A göy,kim səni qaraltdı Qapqara,axır üzündən. Nə od,nə atəş,nə işıq, Nə şimşək çaxır üzündən. * Görüm belə yeddi qatın, Belə ərşin,belə çatın, Tutub yenə qaramatın Pas üzü,paxır üzündən. * Hürr kəndirin,hürr ağacın, İki meyvə sirr ağacın, Bir çiçəyin,bir ağacın, Torpaqdı baxır üzündən. * Asan gəlmir başa yarpaq, Bir budaqda qoşa yarpaq, Tutammadım qışa yarpaq Bu nobat-naxır üzündən. * Bu dağ,bu orman kirəlik, Bu şah,bu fərman kirəlik, Vermisən bir can kirəlik, Alırsan ağıl üzündən. *** |
Emeğine yüreğine sağlık
Kalemin susmasın
__________________________________Selamlar