DƏRDİ ÖZÜM QAZANMIŞAM
***
" " Dərdi mənə O verməyib, dərdi özüm qazanmışam. Zor çəkirəm,içimdədir, çərdi,özüm qazanmışam. " Suyum gəz-gəz yolaqlanıb, xan bağına qulaqlanıb, dünyam elə alaqlanıb... Vərdi,özüm qazanmışam. " Açma,doydum,dastan belə, bağ belədir,bostan belə, neçə-neçə dostdan belə mərdi özüm qazanmışam. " Çəkdim zəhmət alnımdakı, hər qırış-xətt alnımdakı, halal-hümmət alnımdakı tərdi,özüm qazanmışam. " Beş çalana dəmmiş haqqım, bir sarı sim,bəmmiş haqqım, baxdım,haqdan kəmmiş haqqım, sirdi,özüm qazanmışam. """ |
Kalemin susmasın
________________________Selamlar