ALDATDI O DAĞIN ALLAHI MƏNİ
***
*** Aldatdı o dağın allahı məni, Başında bəyazı qar bilər oldum. Yürüdüm üstünə,nə məm çıxası, Nə o endi gəldi,ar bilər oldum. * Sırli,qərib şeylər çulğalandığım, O dəniz mən idi-dalğalandığım, O mənim tək varım lovğalandığım, Bir könül nəsibim...var bilər oldum. * Çeşmədən su kimi bir bardaq yazda, İçirdi mələyim əyni bəyazda, Sevdim sıcağını çilə ayazda, Sevdim də kəndimə yar bilər oldum. * Aldatdı o dağın allahı məni, Başında bəyazı qar bilər oldum. *** |