EH...
***
*** Qəribə dünyadır, firladır bizi belədən eləyə,elədən belə. Çiləyə döndərib mutluluqları Mutluluq umuruq çilədən belə. * Sevinci bir çimdik,alır doymamış, illər sırtımızda kədər daşıdır. Kimə acıq edək,kimdən inciyək, fələk hökm eləyir,qədər daşıdır. * Bahar halımızı sormamış hələ xəzan qapımızı döyür: -Gəlmişəm. Ürəyin ağrısı,sızıltısında hər gün yaşlanırıq, deyir gəlmişəm, söyləyir gəlmişəm,vaxt daramlayır, tövbə zamanıdır,tərpənin gedək. Bizə nə qalır kı? Yalnız etiraf: -Ömür necə qısa,ömür nə gödək. Nəfəs al,nəfəs ver, qalanı nağıl, ömrü nağıllarda bitir insanın. Kim deyir iz qoyur,mən inanmıram, sonunda izi də itir insanın... """ |