HƏYAT,MƏRHABA
***
*** Torpaqla üzümü yudum bu sabah, şükrümü Tanrıdan əsirgəmədim. Nə mutlu adamam,günəş də çıxmış, həmin o işıqlı günəş,o qədim. " Qəribə qoxular gəlir burnuma, nədir bu qoxular çilə çıxmamış. Günəşi yığıram kipriklərimə, hələ umudlarım pilə çıxmamış. " Yenə cığallayır könül xəyalım, qayıdır o məsum,dümağ yerinə. Cavab istəyirəm tut ağacından bamazı finkamın yamaqlarına... " Yağış döyə-döyə,daş əzə-əzə, nə yollar keçmədi yaş ayağımdan. İllərdi əl çəkmir qancıq it kimi, o yağış başımdan,daş ayağımdan. " Əllərim havalı ocaq közünə, hələ ayağımda o nəmdən qalıb. Dumanlı ağlımda ciggiltiləri, sərçə xatirələr nənəmdən qalıb. " Durun a xəyallar,silkələməyin bu papaq altında yatan oğlanı. Allahdan qurbanla qazanla alıb ömrünü bədava satan oğlanı. " Hələ uyqudayam,qış yuxumdayam, bir gün oyanacam yaz havasına. Atıb bu qələmi,atıb dəftəri, özümü tutacam saz havasına. " O zaman üzümə günəş doğacaq, alnım açılacaq qırışlarından. Özümə bir saray,bir mülk tikəcəm, bəxtimin bu qəpik quruşlarından. " Tanrım da dönəcək ədalətinə... İşin avan olsun,avand!Mərhaba! Mərhab deyəcək mənə mutluluq, mərhaba deyəcəm,həyat mərhaba! """ |
Kalemin susmasın
__________________________Selamlar