MƏN OYAQ,SƏN OYAQ
***
*** Sən başqa sayaqsan,mən başqa sayaq, İkimiz bir sayaq nə gözəl olar. Qırmızı geyisən yaxası açıq, Mənim köynəyim ağ,nə gözəl olar. * Özün demədin ki... Mən dedim sənə, Dedin ki,gecələr zəng edim sənə, Sənə ayıb olar,mən gedim sənə, Sən oyaq,mən oyaq... Nə gözəl olar. * Çevir yastığını yuxuna gəlim, Yuxundan sürüşüm yaxana gəlim, Bir dodaq öpüşü yaxına gəlim, Öpüşək uyuyaq,nə gözəl olar. * Büküb göy əsgiyə,bələyə bizi, Bu eşq elə saldı kələyə bizi... Dədəm elçi gedə,eləyə bizi İki baş dörd ayaq,nə gözəl olar. * Mən ki unutmuram,yadımdan çıxır, Ağzımdan çıxanlar dadımdan çıxır, Adının mənası adımdan çıxır, Bəlkə nöqtə qoyaq? Nə gözəl olar! *** |
Kalemin susmasın
___________________________________Selamlar