BU QIZ MƏNƏ TANIŞDIR
***
*** Durmur yağır,hey yağır... Yağan nə var tanışdır. Üzü tanış lopalar, Bu qar mənə tanışdır. * Çiynindəki çanta o. Həmin siyah manto.O. Həp durduğu yanda o... Divar mənə tanışdır. * Yanağı qan,hil qoxur, Dodaq qoxur,dil qoxur. Ya bu qızılgül qoxu, Ya xar mənə tanışdır. * Duppaduru su gözlər, Tök içimi yu gözlər, Sərxoş kimi bu gözlər, Xumar mənə tanışdır. * Yazma qumaşlar tanış, Hörü,qulaclar tanış, Tanış bu saçlar tanış, Tumar mənə tanışdır... Bu qız mənə tanışdır... *** |
Şiirde dört dörtlük ölçü ve kurgular...
Şahane bir şiir inşa edilmiş…
Şiirin sesi hiç susmasın...
............................................. Saygı ve selamlar..