BİR VAXT NAĞILLARA ALMA SATARDIM
***
*** Bir vaxt nağıllara alma satardım, İndi almalarım yığılı qalıb... Elə unutmuşam... Təkcə yadımda Ağ atlı oğlanın nağılı qalıb. * Nağıl günə qoydu ağıl dünyanı, Amma,o nağılın sözləri yoxdur. Başımı qoyardım nağıl yerinə... Heyf ki,nənəmin dizləri yoxdur. * Nağıl dükanımı bağladı getdi, Nə ağıl eylədi Ağıl dünyada. O nağıl ağlıyla qoysaydı,əgər Nələr yaratmazdı Nağıl dünyada. * Elə nağılı da ağıl yaratdı. Qoymağa bir qismət pəpə gözlərə. Qandırıb üç kitab allah nağlına Bizi yem elədi təpəgözlərə. * Satdı çayımızı ilhamurlara, İndi nağıl dadır qulançar dadı. Ah,mənim div döyən Məlikməhmədim... Sultan qoxusunda o Səncər dadır. * Daşdan çıxan kimi ondan çıxardı, Nağıl əppəyimi kəsənə lənət! Yüz nağıl söyəcəm almabaşına, Allahdan qeyrisi küsənə lənət! *** |
Şiir dolu yüreğin var olsun. Tebrikler...
Şiiriniz çok güzel ve akıcıydı, kutluyorum...
Yetkin kaleminiz daim olsun...
............................................... Saygı ve selamlar..