ORDA TƏNHA BİR AĞAC
***
*** bir zaman baş ağaclarıydı indiki baş daşları... """""" Bu bir əfsanədir,yalnız əfsanə... Çox çox əvvəllər bir ana oğluyla şahın zülmündən qaçmış,lap uzaqlara,atəşli rüzgarların tüğyan etdiyi susuz çöllərə qədər gedib çıxmış,kimsənin yaşamadığı bu qərib biyabanda sərgərdan qalmış.Qaçarkən oğlu şah qoruyucularının atdıqları oxlardan dərin yara almışıymış.Taqətdən düşən oğul anasının dizləri üstə həlak olmuş.Ümidsiz ana oğlunun əzabı və ölmünə tab gətirə bilməmiş,onu başı üstündə intihar etmiş və tanrı sirriylə daşa dönmüş.İllər keçmiş,bir ilk baharda bu çöllərə yağmurlar yağmış,sular axmış,otlar qalxmış ağaclar bitmiş.O daş da yaşarmış,göyərmiş dönüb ağac olmuş-arçan ağacı... Sonra bu yerlərə insanlar gəlmiş,məskən salmış.İndi həmin yerdə böyük bir məzarlıq var. """"" Məzarlar başsız qalıb, Hanı baş ağacları. Quruyurlar yaşından, Kəsin yaş ağacları. " Göydən üç alma düşən... Ağaclar- nar ağacı. Ağaclar kələfcəli, Ağaclar dar ağacı. " Ağaclar adam kimi Namərdi,mərdi olur. Bir ağac böyüməyin Yüz ağac dərdi olur. " Qoyar daşın altına Kəsər əlin ağaclar. Bir vaxtlar əri ölsə Ölən gəlin ağaclar... " Kim əkmiş məzar üstə, Əkmiş haçan ağacı. Orda bir qərib məzar, Orda arçan ağacı. " Baharıydı gedəndə, Üzü qışa döndü o. Bir məzarın başında Qaldı daşa döndü o. " Özgürlüyü sevərdi... Sevmədiyi tac oldu. Ağlamadı daş oldu, Ağladı ağac oldu... " Bu yerin küləkləri Qovmaz qaçan ağacı. Orda tənha bir ana- Orda arçan ağacı... *** |
Anlam ve anlatımı ile farklı bir eser...
Yine anlamlı ve şahane bir şiir düşmüş sayfaya...
Yetkin kaleminiz daim olsun...
............................................... Saygı ve selamlar..