GÖZLƏ, GÖZLƏ SƏN
Namus-qeyrət şərəf-şandı, arı gözlə, gözlə sən,
Bir gün olar əldən çıxar, varı gözlə, gözlə sən. Yalan oldu əzbər dildə, badaq gəldin hər kəsə, Sən ki Haqqı tanımadın, narı gözlə, gözlə sən. Cəhd elə ki düz olasan, haram qatma əlinə, Bağ-bağçanı saraldarsan, dəymə özgə gülünə. Öz halalın sadiq olar dürüst olsan dilinə, Hər gözələ yar deməynən, yarı gözlə, gözlə sən. Sağ-soluna diqqət elə danışanda sözünü, Əflatunun qələmindən uzaq eylə özünü. Ağır otur, ətrafına dolandırma gözünü, Düşəcəksən sərt kəməndə, darı gözlə, gözlə sən. |
Dileğim Şiiriniz ve yürek sesiniz daima kutlu ve mutlu olsun...
ŞİİR’in huzur verdiğini öğrendik…
...........................................Selam ve saygılarla..