OĞULŞiirin hikayesini görmek için tıklayın Bir dostumun xahişi ilə. Atanın dilindən oğluna xeyir-dua
Allahın nəzəri olsun üstündə,
Sən bir ailənin barısan oğul. Sevinər dost-tanış, qohum-əqrəban, Bəxtindən kam alıb, yarısan oğul. Artıq böyümüsən, bir igidsən sən, Yaxşıya-yamana qiymət verənsən. Elə ol, tay-tuşun dərs alsın səndən, Atanın könlünün varısan oğul. Həyat arzuların çin olsun, yaşa, Qoy ömür karvanın getməsin boşa. Zəhmətlə gəlmisən bil, boya-başa, Parlayan dünyamın nurusan oğul. Əflatun adına şeir bağlayır, Uğurun düşmənlər qəlbin dağlayır. Sönməyən həvəsin coşub-çağlayır, İşıqlı yollara sarısan oğul. |
Hayırlı bayramlar dilerim
.................................selamlar