SEVDANIN SON PAYIZ DƏRSİ
***
*** Az qalıb quyruğun doğan vaxtına, Burnuma payızın qoxusu gəlir. Güzarı axşamın yağan vaxtına Saçımda yağmurun yuxusu gəlir. * Yoxsa qorxusundan rəngi sarı mı? Yamanca xoflanıb sıcağı günün. Elə qurutdu ki,fidanlarımı... Balasız qalaydı qucağı günün. * ...Fırlanır boşuna yelqovanları, Qovanı başına,yeli başına. Hanı qaldırardı toz dumanları, Dönüm o yellərin dəli başına. * Saralır quşların eşənəkləri, Sərin budaqlarda buz sarmaşıqlar. Hələ qarışmamış axşamın şəri, Baxır eyvanlardan qız sarmaşıqlar. * Bir eşq oyalanır yaz yuxusunda, Hərdən damcılayır şeh dodağına. Mən də eləmişdim. Naz yuxusunda Bir öpüş vermişdim beh,dodağına... * Üstündə meh gəzir tərli sinəmin, Bənzəyir yuxulu qızın əlinə. Bir əl bulammadım fərli,sinəmin Verimmi yaxasın güzün əlınə. * Deyəsən,o şeyin tərsi başlayır, Demirəm... Adını ayıb qoyarsız. Sevdanın son payız dərsi başlayır, Mənim qabağıma qayıb qoyarsız. *** |
Kalemin susmasın
_________________________Selamlar