ADAM YIXILANDA UTANAN OLUR
***
*** Bilirəm sənindir daş,oturduğum, Çəkəndə yavaşca çək yıxılmayım. Adam yıxılanda utanan olur, Sən allah bəri dur,tək yıxılmayım. * Yüz ilin başında bəhrəm ağacdı, Elə işim- gücüm dəhrə- ağacdı, Çıxdığım bu ağac pöhrə ağacdı, Böyründən birini ək yıxılmayım. * Fələk də,çarxı da öz adətində, Dönür barmağının şəhadətində, Yıxılım səcdəyə ibadətində, Eyləyib Allaha şəkk, yıxılmayım. * Nə qəza eyləyim,nə borca düşüm, Ya xeyrim olsun,ya xərcə düşüm, Gözündən düşəndə hamarca düşüm, Düşüm asta-asta,bərk yıxılmayım. * V.S.E. *<>* |
Kalemin susmasın
__________________________Selamar