HAMI AĞA QAÇIR MƏN QARASINA
***
*** Heç dəbə uymayır bu baş,bu bədən, Hamı ağa qaçır,mən qarasına. Hansı köynəyimi geyim görəsən, Əllərim uzanır ən qarasına. * Nə geysəm min gözdən,baxışdan keçir, Bəzəyi qırcıba naxışdan keçir, Hər yolum beləcə yoxuşdan keçir, Duman qarasına,çən qarasına. * Yaşdan mı,başdan mı,özüm bilmirəm, Səbrdən düşmüşəm,dözüm bilmirəm, Nə ağıl eylədi gözüm bilmirəm, Düşdü gözəllərin sən qarasına... * Sevgi dediyin şey qurağa gəlmir, Batıb gəmiləri qırağa gəlmir, Saçım da qorxudan darağa gəlmir, Elə təpinib ki,dən qarasına. * Bir ömrü yürüdüm,addım yoruldum, Ağı qarasıyla uddum,yoruldum, Mat qaldım məəttəl,maddım yoruldum, Fikrim ağa getdi,zənn qarasına. * V.S.E. *<>* |
Duygular hisler ve anlatımlar su gibi.
aktığı bir zaman.işte o zamanın meyvesi olan.
eseri Kutluyorum