BU XALQIN ŞAİRİ OLMAĞA NƏ VAR
***
(Ustad şair Kəmaləddin Qədimə) *** Ustad,xalq dediyin əğər budursa, Bu xalqın şairi olmağa nə var. Şeirə verdiyi dəyər budursa, Bu xalqın şairi olmağa nə var. * Nəyinə gərəkdir məna,söz,fikir, Qobur qafaların zehninə şükür. Sənin yazdığına bu xalq şor bükür, Bu xalqın şairi olmağa nə var. * Nə qədər yazanı,təzə şairi, Çıxıbdır qurşağa,dizə şairi, Kəmik,yal şairi,məzə şairi, Bu xalqın şairi olmağa nə var. * Ustası,bənnası,çörək yapanı, Çör çöpdən millətə dirək yapanı, Hanı könül tikən,ürək yapanı, Bu xalqın şairi olmağa nə var. * O yandan axtarıb tapanın varsa, Püfləsən tufanı qopanın varsa, Öz daşın,tərəzin,qapanın varsa, Bu xalqın şairi olmağa nə var. * Cıqqası qızıldan şaxa bağlana, Beş şahı qazana,baha bağlana, Bir xalqın baxtı kı,daha bağlana, Bu xalqın şairi olmağa nə var. * Əlimiz həm yalın,həm yalğı çoxdan, Bu satqı əvvəldən,bu alqı çoxdan, Çoxdan tanıyıram bu xalqı,çoxdan, Bu xalqın şairi olmağa nə var. * Ocağı o boyda,gözünə baxma, İsitmir kösöyü,közünə baxma, Ustad,sən bizə bax,özünə baxma, Bu xalqın şairi olmağa nə var. *<>* V.S.E. * |