BELƏ DƏLİLƏRİN ƏLİ BAŞIMA
****
" " " Nə qoyum adını bu keçmə-keçim... Bu başın-əyinin qolları olmur. Bir dəli köynəyi geydirib mənə, Dəli köynəyinin qolları olmur. " Elə o atəşəm,elə o ocaq, Sadəcə külümə odum qarışıb. Çanaq aramayın antenlərimə, Dalğalar içində kodum qarışıb. " Özgürəm,azadam qənaətimdə, Sədamı-səsimi atıb başıma. Bu ağıl artıqmı,əskikmi,bilməm, Amma,paşa-paşa yatıb başıma. " Elə mutluyam ki,ruhun kefindən... Nitsşe tək,Van Qoq tək... Kral Lir kimi. Divarda İsanın şəklinə baxıb Nağıla dönmüşəm... Əsatir kimi " Hər əsr,hər fəsil,hər həftə,hər gün Yalan uydururam dəli başıma. Ən böyük mutluluq dəli yaşamaq. Belə dəlilərin əli başıma... " Kim iman dəlişi Tanrıya sirdaş, Mən ağıl dəlisi Tanrıdan qaçaq. Qoxumuş palçığı Tanrıdan çalıb, Tanrıya dönəcəm... Tanrıya ancaq. " " " |
Qelemin susmasın
_____________________________Salamlar