FƏLƏKLƏ SÖHBƏT
Sınaq meydanını çoxdan keçmişəm,
Sən mənim səbrimlə oynama, fələk. Elə qaynamışam, elə daşmışam, Daha qalmayıbdır səbrimə gərək. Bir gözüm güləndə, ağlayır biri, Gecəmin gündüzlə tərs düşüb yeri. Özümə yük edib bu dərdi-səri, Gedirəm hələ ki bu bəxtim yarı. Dünyanın nəşəsi kefcil əlində, Dərdini-qəmini duyanlar çəkir. Birinin əlləri durur belində, Biri də büzüşüb qanlı yaş tökür. Ortada oynayıb-gülməyə nə var, Bacarsan mənimlə sən də gəl yarış. Ömrü yelə verib ölməyə nə var, İgidsən bu dərdə gətirsən duruş. 27.01.2018. |
Qelemin heç susmasın
_____________________________Salamlar