SƏN BİRİNCİSƏN
Çoxdu canlar alan dilbər dünyada,
Mənim ürəyimdə sən birincisən. Yaxşıdı var-dövlət, pul da, para da, Mənim gözlərimdə sən bir incisən. Uca dağ başını duman-qar alar, Sevən sevgisindən bir ilqar alar. Dünyam elə yanar, elə qaralar, Qəfləti sözümdən sən bir incisən. Gözəlin işvəsi, ədası gözəl, Dağladı qəlbimi bu qaş, bu göz, əl. Əflatunu talan etdin ay gözəl, Onu viran qoydun sən birinci, sən. 07.01.2018. |
Kalemin susmasın
____________________________Selamlar