DOKTOR,MƏNƏ DƏLİ DE
DOKTOR,MƏNƏ DƏLİ DE
*** Doktor,mənə dəli de Amma,xəstəsən demə. Sənə bir ilaç verim Əgər istəsən-demə. * Bu dərmanın,ilacın Xeyiri yoxdur mənə. Məni Allaha tapşır, Dua et doktor mənə. * Al bu qələm kağızı, Bircə kəlmə umud yaz. Vallah bir şeyin yoxdur, Ağlındakın unut-yaz. * Bilən yoxdu qardaşdan, Bilən yoxdu bacıdan, Xəbərin varmı doktor İçimdəki açıdan. * Ayağım bədənimi Ölüm-zülüm hərləyir. Sən Allah söylə,doktor Yoxsa ölüm hərləyir? * Deyirsən yağlı yemə, Duzlu şey yemə.Yaxşı. Çaresi yoxsa,egər Anama demə,yaxşı? * Ya özün əlac eylə, Vermə naşı əlinə. Ya öldür birdəfəlik Götür daşı əlinə. * Döndər, o tək balanın Başına döndər məni. Göndərirsən evimə Sağaldıb göndər məni. * Doktor,mənə dəli de, Amma,xəstəsən demə. Sənə bir dərman verim Əgər istəsən-demə. *** |
Kalemin susmasın
______________________________Selamlar