EDALET YÜRÜŞÜ
ƏDALƏT YÜRÜŞÜ
Bu dünya ədalət yürüşü etsə, Dünyanın pisliyi yoxa çəkilər. İsalar dünyaya gözəllik yayar, Zülm edən zalımıar çarmxa çəkilər. Hökm edən dünyanın donu dəyişər, Adam insanlaşar geni dəyişər, Həyata baxışın yönü dəyişər, Dünyanın əyninə çuxa çəkilər. Tütk oğlu yürüşü davam eylə sən, Əlləşmə xurafatla, göylə sən, Nəsimi tək ənəl-həqqi söylə sən, Ədalət yayanlar oxa çəkilər. Coculu bəyənir tutduğun işi, Yürü ki, bərkisin Bozqurdun dişi, Gücünə güc qatar ağrımaz başı, Milətin hünəri çoxa çəkilər. |