SADAĞADIRMI? ( Arxivdən )
Nə gözəldi bu qamətin, duruşun,
Ay qız bu baxışın sadağadırmı? İzin versən əl uzadam telinə, Yoxsa toxunmağım qadağadırmı? Əhsən bu camala, belə varlığa, Sinən üstü bənzər güllü bir bağa. Gəl dayanaq elə qabaq-qabağa, Görən desin dodaq-dodağadırmı? Elə cilvə ilə, nazla baxırsan, Əflatunu yandırırsan-yaxırsan. Məni qurtar intizardan axır sən, Gedişin bir xəlvət otağadırmı? |