UNUTA BİLMEDİKLERİM
***
O... mənə unutduqlarımı xatırlatmaq istəyir. Heç unutmadım kı... Ah,bu yasəmən qoxusu, illər öncə sarışın saçlardan hopmuşdu qoxusuz xatirələrimə. Yağmur islatmış kimi tutaş kipriklərdən qapanan mavi gözlər də yasəmən qoxuyurdı, ayrılırkən həfif bir öpüşdən dodaqlarımda yanan albalı dodaqlar da. Yad bir məhəllənin yazlığında ay işığından gizlənən iki siuletin sevdalı anılarını yaşadacaqmış bu qoxu, kot pantalondan sıyrılmış cemperin mavi yaxalığına qədər süzülmüş göz yaşlarının acı qoxusu, kədər qoxusu, melanholik qoxusu... Təzəcə açmış yasəmən çiçəkləri qoxusuyla mənə bir şeyləri xatırladır... həmişə... unuda bilmədiklərimi. ... |