ADAMIN BELƏ BİR QARISI OLA""" Bir dəniz tutasan xəyalında sən, bir dəniz... Yekəsi,irisi ola. Nə mazut qoxuya,nə nə nöyüt çıxa, lal ola... Suyunda pərisi ola. Bir gün sahilinə gələ birisi, o damla birisi,gilə birisi, yazasan,qumları silə birisi... Ağappaq,bəmbəyaz dərisi ola. Eşq bu-bir atəşdir yanaq,çağıra, dodaq gəl-gəl deyə,yanaq çağıra, adam qonaq gedə,qonaq çağıra, qonaq o sevdiyin birisi ola. Xəyalın döşündə,gözün üstündə, eləcə xaralın,bezin üstündə elə oturasan dizin üstündə... Söhbətin davamı,gerisi ola. Qoy olsun döşəyin keçə,ay allah, təki bitməsin bu gecə,ay allah, keçə ürəyindən keçə,ay allah, adamın belə bir qarısı ola. Olasan Məcnuntək çölçü,daşında baxtın tərəzinin ölçü daşında, gözünü açasan elçi daşında, bir dədən,bir anan... Hərisi ola. Özü də sevdiyin birisi ola... """ |