ÖZGÜRLÜK.... . . Azadlıq məhbəsdə çiçəklər açır... Dəfnə çələngini taxır boynuna sehirli bir gözəl o cəngavərin, qərib bir umudu alıb qoynuna... ətəyi yellənir ağ duvağının, bir dəniz göndərmiş səlam yelini. bir səma günəşi üzük hədiyyə, ləyaqət bağlayır gəlin belini, sabah ulduzundan xəbər gözləyir... qədəhlər təşnədir göz yaşlarına, qürurun sevinci aşıb daşdıqca çilənir məhbəsin sal daşlarına. Ey Tanrı sən ona xeyr dua ver! özgürlük bəxş eylə bizim mələyə. susur zümzümələr barmaqlıqlarda... Bir ərin ömrü var hələ çiləyə. |