GÜN DOÇMAMIŞ ÖLÜR ŞAİRLƏR
* * *
Sabah üzü ölür şairlər, dan yeri qızaranda... gün doğmamış. Ürəyinə damır ölüm şeh damlaları çiçəklər üstünə qonar kimi... biləkdən bir barmaq yana, qaşla göz arası qədər. Tuk...tuk...tuk... varlıqla yoxluğun olmayan sərhəddində son nidalar, iki nəfəs arası məsafə... Son q’ət... Fənalıq və əbədiyyət... "Oxu"-demişdi Tanrı və oxudacaq birilərini göndərmişdi... Günəşi doğururkən doğurmuşdu onları, nurundan cücərdib bəsləmişdi... hələ Adəm olmamışkən... Şairlər doğulmuşdu. Üzü rüzgarlara yön, sinəsi işığa qabarmış, saçları bəmbəyaz... yaşıl-sarı duyğuların hikkəsində... mevsimlərin ötəsində... təqvim yapraqlarının düşdüyü yerdəcə... ZÜLMətin səssizliyində ölür şairlər, ölüm o zaman gələr, hələ gün doğmamış... * |
Kalemin susmasın
_____________________________Selamlar